Çempionlar liqasının ilk finalçısı bəlli oldu

01:56 - 07 May 2025

Çempionlar liqasının ilk finalçısı bəlli oldu

İtaliyanın “İnter” komandasının futbolçuları Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniyanın “Barselona” komandasına əlavə vaxtdan sonra 4:3 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib.

Redaktor.az xəbər verir ki, görüş Milanda baş tutub.

“İnter”in heyətində qolları Lautaro Martinez (21-ci dəqiqə), Hakan Çalhanoğlu (45+1, penalti), Françesko Acerbi (90+3) və Davide Frattesi (99) vurub. "Barselona"nın qollarını Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) vurub.

Qeyd edək ki, komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb.

Finalda “İnter” Fransanın “Paris Sen-Jermen” və İngiltərənin “Arsenal” klubları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq.//redaktor.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv