Çempionlar Liqasında rekord təkrarlandı

09:51 - 07 May 2025

Çempionlar Liqasında rekord təkrarlandı

İtaliyanın "İnter" və İspaniyanın "Barselona" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin oyunlarında rekord təkrarlanıb.


Manset.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirində ikinci dəfə bu raundun matçlarında 13 qol qeydə alınıb.

Kataloniyadakı görüş 3:3 hesabı ilə yekunlaşıb. Milandakı qarşılaşmada isə "İnter" əlavə vaxtda 4:3 (əsas vaxt - 3:3) hesablı qələbəyə sevinib.

Daha əvvəl 2018-ci ildə İtaliyanın digər təmsilçisi "Roma" və İngiltərənin "Liverpul" komandasının ÇL-dəki yarımfinal oyunlarında 13 qol vurulub. Həmin vaxt mersisaydlılar 5:2, "canavarlar" isə 4:2 hesablı qalibiyyət əldə ediblər.

Qeyd edək ki, "İnter" finalda PSJ (Fransa) - "Arsenal" (İngiltərə) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüşdə Paris təmsilçisi qələbə qazanıb - 1:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv