2 klubun rəsmiləri 5 oyunluq cəzalandırıldı

13:00 - 07 May 2025

2 klubun rəsmiləri 5 oyunluq cəzalandırıldı

AFFA Region Liqasında və U-10 Liqasında çıxış edən klubların rəsmilərini 5 oyunluq cəzalandırıb.


Manset.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilən “Çinar Zəngilan” - “Xankəndi” matçı bitdikdən sonra meydan sahiblərinin adı protokolda qeyd edilməyən nümayəndəsi Anar Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq diskvalifikasiya edilib.

AFFA U-10 Liqasında keçirilən “Azərbaycan Qartalları” – “Qarabağ” oyunu bitdikdən sonra qonaqların baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv