logo
logo logo
logo

Ronaldo 986-cı qolunu vurdu

00:30 - 21 Noyabr 2026

Ronaldo 986-cı qolunu vurdu

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo karyerasında 986-cı qolunu vurub.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı Pro Liqasının 9-cu turunda "Əl-Əhli" ilə qarşılaşmada fərqlənib.

O, matçın 14-cü dəqiqəsində hesabı açıb. Lakin Ronaldonun komandası yekunda 1:3 hesabı ilə məğlub olub.

Bununla da Ronaldo karyerasındakı qollarının sayını 986-ya çatdırıb. O, Portuqaliya millisində 146, klub səviyyəsində isə 840 qol vurub.

Qeyd edək ki, "Əl-Nəsr" 12 oyundan sonra 28 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Əl-Əhli" isə 21 xalla altıncıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az