“Qarabağ” Qvineya millisinin futbolçusunu transfer etməyə yaxındır

16:44 - 22 Fevral 2023

“Qarabağ” Qvineya millisinin futbolçusunu transfer etməyə yaxındır

Türkiyənin “Trabzonspor” klubunun qvineyalı futbolçusu Fode Koyta karyerasını “Qarabağ”da davam etdirməyə yaxındır.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, hazırda icarə əsasında Super Liqanın digər komandası “Kasımpaşa”da çıxış edən 33 yaşlı hücumçu mövsümün sonunda komandasını dəyişəcək. Forvardın trabzonlularla müqaviləsi davam etsə də, “bordo-mavililər”in baş məşqçisi Abdullah Avcı onun xidmətində maraqlı deyil.

Buna görə də Koyta indidən yeni təklifləri nəzərdən keçirir. Futbolçu Super Liqanın digər komandalarının təkliflərini artıq rədd edib. Oyunçunun meneceri onun “Qarabağ”a keçidinə çalışır. O, bunun üçün Trabzonda yerli klub nümayəndələri ilə də görüşüb. Menecer Qara dəniz təmsilçisini razı salsa, hücumçu mövsümün sonunda “Qarabağ”a transfer ediləcək.

Qeyd edək ki, Fode Koytanın “Trabzonspor”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Azərbaycan çempionu mövsümün əvvəlində də onunla maraqlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az