"Türkiyədə başqa seriala da çəkilirəm" - Elşən Orucov

21:19 - 14 Fevral 2024

Azərbaycanda Fəlakət obrazı ilə tanınıb məşhurlaşan aktyor Elşən Orucov Türkiyənin TRT 1 telekanalında yayımlanan "Ben Bu Cihana Sığmazam" serialında rol alacaq.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, Kult.az aktyorun özündən bu və ya digər suallara cavab alıb.

Həmin müsahibəni təqdim edirik:

- Elşən bəy, necə oldu ki, Türkiyədə "Mən bu cahana sığmazam" serialının çəkilişinə getdiniz? Özünüz müraciət eləmişdiniz, ya sizi tanıyırdılar deyə dəvət elədilər?

- Ozan abi ilə yaxşı münasibətimiz var. Onun sayəsində də Oqtay Kaynarcanı və rejissor Mustafa Şövqü Doğanı tanıdım.

- Yəni belə çıxır ki, tanışlığa görə çağırdılar?

- Yox. Əvvəllər bir-iki dəfə çəkilişlərə getmişdim, sonra özləri də bəyəndilər, təklif elədilər. Amma Ozan Ağbabanın bu təklifdə rolu danılmazdır.

- Necə düşünürsünüz, bu, sizə nə cür təsir edəcək? Fəlakət obrazından birdən-birə çıxa biləcəksiniz?

- Bu, mənim üçün bir yenilikdir. Özümü burada da sınayıram. Nəticəsi isə sonda müəyyən olacaq, izləyicilər özü qərar verəcək.

- Başqa təkliflər varmı?

- Mən hazırda İstanbuldayam və əlavə olaraq başqa bir serial çəkilişinə hazırlaşıram. Onun haqqında isə əlavə məlumat veriləcək.

- Sirr deyilsə, bəlkə özünüz burada elan edəsiniz?

- Bir müddət sonra TRT-də yayımlanacaq "Çıraq" serialında da rol almışam. Serial təqdim olunana yaxın ətraflı məlumatlar veriləcək.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin