Novxanıda avtomobillər toqquşdu: Yaralılar var

19:29 - 9 Aprel 2024

Novxanıda avtomobillər toqquşdu: Yaralılar var

Novxanıda avtomobillər toqquşub, xəsarət alanlar var.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KİA" markalı minik avtomobili ilə "HYUNDAI" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "KİA" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Allahverdiyev Mübariz Nizami oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin