Narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı - FOTO

20:14 - 12 Aprel 2024

Narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı - FOTO

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin