Baş nazir qərar imzaladı: İki nazirliyə TAPŞIRIQ VERDİ
16 May 2024
10:12 - 16 Aprel 2024
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 142A ünvanında yerləşən təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilib.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, kiçik ehtiyatsızlıq və ya səhlənkarlıqdan yüksək yanma xassəsinə malik avtomobil şinlərində baş verə biləcək yanğının qısa müddətdə genişlənərək böyük fəsadlara səbəb olması riskini yaradır.
Göstərilən məsələ ilə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb.
Eyni zamanda, qeyd edilənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib, təkər tullantıları sahibkar tərəfindən ərazidən daşınaraq, yaranmış yanğın təhlükəsi aradan qaldırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin