Bakıda yük avtomobilinə çırpılan "Prius" sürücüsü öldü

09:30 - 18 Aprel 2024

Bakıda yük avtomobilinə çırpılan

Bakıda yol kənarındakı yük maşınına çırpılan "Toyota Prius" markalı avtomobilin sürücüsü ölüb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.

Bəxtiyar Həsənov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yol kənarında dayanan "MAN TGA" markalı yük avtomobilinə çırpılıb.

Xəstəxanaya yerləşdirilən Bəxtiyar Həsənov həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin