Xankəndidə silah-sursat aşkarlandı

10:08 - 18 Aprel 2024

Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin