Orqanlarını bağışlayan qız 3 gün sonra qəzada dünyasını dəyişdi

11:51 - 18 Aprel 2024

Orqanlarını bağışlayan qız 3 gün sonra qəzada dünyasını dəyişdi

Türkiyədə orqanlarını bağışlayan universitet tələbəsi Melek Karakaş 3 gün sonra, aprelin 12-də Yalova-Bursa avtomobil yolunda baş verən qəza nəticəsində dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, eyni istiqamətdə hərəkətdə olan avtomobilə çırpılan motosikletin arxasında sərnişin qismində əyləşən Mələk Karakaş başından aldığı zərbə ilə ağır yaralanıb.

Melek Karakaş xəstəxanada verdiyi 5 günlük həyat mübarizəsini itirib.

Uludağ Universiteti Memarlıq Fakültəsinin tələbəsi Karakaşın qəzadan 3 gün əvvəl xəstəxanaya gedərək orqan bağışladığı məlum olub. Bu hadisədən sonra Meleyin başqa bədənlərdə yaşayacaq orqanlarının toxuma və qan qrupları təyin olunacaq xəstələrə köçürülməsi işinə başlanılıb.

Digər tərəfdən qəzadan sonra sərbəst buraxılan motosiklet və avtomobil sürücülərinin yenidən ifadələri alındıqdan sonra ədliyyəyə sövq ediləcəyi öyrənilib.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin