“Ağdamdakı Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq”

14:01 - 18 Aprel 2024

“Ağdamdakı Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq”

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.

"Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısının alınması məqsədilə 30 yanvar 2021-ci il tarixində Azərbaycanın Ağdam rayonunda təşkil edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin başa vurulması istiqamətində görülən işlər tərəflərin qarşılıqlı koordinasiyası şəraitində davam edir".


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin