Bu ölkədə cinsiyyət dəyişdirmə yaşı 18-dən 16-ya endirildi

15:18 - 18 Aprel 2024

Bu ölkədə cinsiyyət dəyişdirmə yaşı 18-dən 16-ya endirildi

İsveçdə parlament cinsiyyətin qanuni dəyişdirilməsi yaşını 18-dən 16-ya endirən qanun qəbul edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, indiki uzun və çətin prosedur gələn ilin əvvəlində qüvvəyə minəcək yeni qanunla dəyişəcək.

İndi cinsiyyət dəyişikliyi üçün həkim və ya psixoloqla qısa görüş kifayət edəcək.

Yeni qanun həmçinin cinsiyyətin dəyişdirilməsi prosesini tibbi prosedurlardan ayıracaq.

Bu dəyişiklik İsveçi qonşu ölkələrə uyğunlaşdıracaq və Avropanın bir çox başqa ölkələrinə bənzər bir sistem təklif edəcək.

 Lakin bu dəyişiklik hökuməti və ictimaiyyəti ikiyə bölüb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin