Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA

15:37 - 10 May 2024

Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA

Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.

 

Manset.az xəbər verir ki, görüş zamanı Ceyhun Bayramov Almatıdakı danışıqlarda Berlində Ermənistan nümayəndə heyəti ilə son görüşdən sonra dəyişikliklərdən danışıb.

“Tərəflər sülh sazişi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Sərhədin müəyyən hissəsinin delimitasiyası prosesinin başlanğıcını qoyan protokolun imzalanması mühüm mərhələ oldu. Birgə səylərlə müvafiq ərazilər təmizlənib və coğrafi koordinatlar dəqiqləşdirilib. Bu ərazidə sərhəd dirəklərinin quraşdırılması demək olar ki, yekunlaşıb”, - nazir bildirib.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin