Azərbaycanda ağır YOL QƏZASI – Ölənlər var

18:46 - 18 İyun 2024

Azərbaycanda ağır YOL QƏZASI – Ölənlər var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

 

Manset.az- ”Report”-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan üç nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin