İllərdir küsülü olan Elnarə, Röya və Natavan bir arada - FOTOLAR
4 Dekabr 2024
08:00 - 9 Noyabr 2024
Alimlər yuxu ilə bağlı yeni tədqiqatlar aparıblar. Belə ki, günün ortasında 20-30 dəqiqəlik yuxunun insan həyatında müsbət təsirləri ortaya çıxıb.
Manset.az Qafqazinfo-ya istinadla xəbər verir ki, yaddaşı yaxşılaşdıran, diqqəti artıran və əhval-ruhiyyəni tarazlayan bu qısa yuxular beyin sağlamlığını dəstəkləməkdə mühüm rol oynayır.
Qısa yuxular, xüsusən də 20-30 dəqiqədən çox olmayanlar, yuxusuzluq əlamətlərini aradan qaldıraraq uzun müddətli ruh sağlamlığını qoruma potensialına malikdir.
Qısa müddətli yuxu yaddaş funksiyalarını, məlumat emal sürətini və diqqəti cəmləşdirməyi yaxşılaşdıra bilir.
Araşdırmaya görə, hətta 10 dəqiqəlik bir yuxu bərpaedici sayılır, lakin 20-30 dəqiqəlik bir yuxu daha uzun müddətə koqnitiv performansı dəstəkləyir.
Xüsusilə günorta saatlarında qısa yuxular enerjini bərpa etməkdə və diqqəti artırmaqda təsirli olur. Bununla belə, 30 dəqiqədən sonra dərin yuxuya getmək mümkündür ki, bu da oyandıqdan sonra başgicəllənmə vədaha çox yuxusuzluğa səbəb ola bilər.
Gün ərzində 20 dəqiqə mürgüləmək stress səviyyəsini aşağı salmağa və ürək sağlamlığına faydalıdır.
Bununla belə, uzun yuxular piylənmə və metabolik problemlər ilə əlaqələndirilir.
Qısa müdətlik yuxulama təkcə fiziki cavanlaşma təmin etmir, həm də yaradıcılığa təkan verir. Beyin qısa yuxu zamanı gün ərzində əldə etdiyi məlumatları emal edərək yeni ideyaların yaranması prosesini sürətləndirə bilər. Bəzi şirkətlər hətta işçilərinin yaradıcılığını artırmaq üçün ofislərdə qısa müddət yatmaq üçün otaqlar da yaradıblar.
Qısa yuxunun sağlamlıq üçün bir çox faydası olsa da, 30 dəqiqədən çox davam edən mürgüləmə yaşlı insanlarda ürək xəstəliyi riskini artıra bilər.
Tədqiqatlar göstərir ki, xüsusilə 60 yaşdan yuxarı şəxslərdə uzun müddətli yuxular yüksək qan təzyiqi və qan şəkəri balanssızlığı kimi metabolik problemlərə səbəb olur.
Digər vacib məqam isə gecə yuxusunu pozmamaq üçün günün ilk saatlarında yuxunu təşkil etməkdir. Axşam saatlarına yaxın mürgüləmək sizi gecə yatmaqdan məhrum edə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin