Çağatay Ulusoy üsyan etdi

08:16 - 9 İyul 2021

Çağatay Ulusoy üsyan etdi

Türkiyəli aktyor Çağatay Ulusoy keçmiş sevgilisi Serenay Sarıkaya ilə barışmasıyla bağlı xəbərlərə sərt münasibət bildirib.

Manset.az xəbər verir ki, aktyor bu barədə İnstaqram hesabında paylaşım edib:

"Demək olar ki, 5 ildir gözəl davam edən münasibətim var. Hər il bu xəbərləri yenidən verirsiniz. Bir də özünüzdən əmin kimi davranıb, insanları da inandırırsınız. Çox məyusedicidir. Niyyətiniz nədir? Başa düşmürəm. Əl çəkin bizdən".

Qeyd edək ki, aktyor həmkarı Duyğu Sarışınla eşq yaşayır.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin