Öz şəklini paylaşdığına görə 150 min ödəyəcək - Qəribə addım

08:36 - 11 İyul 2021

Öz şəklini paylaşdığına görə 150 min ödəyəcək - Qəribə addım

Müğənni-model Dua Lipa öz şəklini paylaşdığı üçün məhkəməlik olub.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı müğənni paparatzilərin çəkdiyi şəkli hesabında yerləşdirdirib. Ardından "Integral Images" fotoda müəllif hüquqlarının pozulduğunu iddia edərək müğənnini məhkəməyə verib.  

Məhkəməyə təqdim olunan sənəddə müğənninin fotonu marketinq vasitəsi kimi paylaşıldığı qeyd olunub. Bu səbəbdən Dua Lipadan 150 min dollar təzminat ödəməsi tələb olunur.

Şirkət təzminatla yanaşı, məhkəmə, vəkil xərclərini qarşılanmasını və gələcəkdə müəllif hüquqlarını pozan hərəkətlərin təkrarlanmaması ilə bağlı qərarın qəbul edilməsini tələb edir.

Qeyd edək ki, sözügedən fotoda müğənni böyük bir şapka taxaraq hava limanından çıxır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin