Ruhidən Nigar Camalın qızına: "Heç deməzsən Londonda böyüyüb" - FOTO

16:55 - 22 Avqust 2022

Ruhidən Nigar Camalın qızına:

İş xanımı Ruhi Əliyeva sosial şəbəkədə yeni paylaşım edib.

 

Manset.az xəbər verir ki, o, sosial şəbəkə hesabında müğənni Nigar Camalla qızı Jasminin fotolarını izləyiciləri ilə bölüşüb.

Ruhi Nigarın qızının ondan daha gözəl olduğunu vurğulayıb:

"Nigarın bir paylaşımını gördüm, ona çəki almağı ilə bağlı irad bildirənlər olub. Əzizlərim, inan ki, Nigar neçə kilo alırsa-alsın, yenə də gözəldir. Bu gözəllik onun daxilindən, içindəki tərbiyədən irəli gəlir.

Hələ gözəllikdə onu üstələyən qızı Jasmini demirəm. O qədər zərif və utancaqdır ki, heç deməzsən ki, bu uşaq Londonda böyüyüb. Bu qədər işin-gücün arasında övladına belə diqqətlə yanaşan Nigarı ancaq təqdir etmək olar. Bir də axı o, bizə Avroviziya qalibiyyəti gətirib.

Bir az həssas olsaq, heç nə dəyişməz, əzizlərim".


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin