Gəncədə mikroavtobus qəza törətdi: xəsarət alanlar var

20:07 - 31 Oktyabr 2022

Gəncədə mikroavtobus qəza törətdi: xəsarət alanlar var

Gəncə şəhərində, 3-cü mikrorayon ərazisində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, "QAZel" markalı mikroavtobusla "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində mikroavtobusda olan iki nəfər xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Mikroavtobusda Şəmkir rayonunda təsərrüfatda işləyən fəhlələrin olduğu bildirilir.

Xatırladaq ki, bir neçə saat öncə də Gəncə şəhərində sərnişin daşıyan avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin