Telefonunuz nə zaman öləcəyinizi bilir - FOTO

19:28 - 1 Noyabr 2022

Telefonunuz nə zaman öləcəyinizi bilir - FOTO

Tədqiqatçılar 100 mindən çox insanla aparılan təcrübə nəticəsində 5 il ərzində ölüm riskinin hesablana biləcəyini iddia edirlər. Əslində, elm adamları bu kritik məlumatın hətta smartfonlar vasitəsilə də toplana biləcəyini bildirirlər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Plos Digital Health tərəfindən aparılan maraqlı bir araşdırmaya görə, insanlar telefonlardan istifadə edərək nə vaxt öləcəklərini hesablaya bilirlər.

Tədqiqatçılar lazımi məlumatları əldə etmək üçün 40-69 yaş arasında olan 100 min insanla bir həftə çalışıblar. 2006-2010-cu illər arasında aparılan araşdırmada iştirakçılar yeddi gün ərzində akselerometr cihazları taxıblar və bu, tədqiqatçılara məlumat toplamaq imkanı verib.

Araşdırma gündəlik bədən hərəkətlərindən əlavə, 6 dəqiqə həyata keçirildi və bu müddət ərzində toplanan məlumatlar demoqrafik göstəricilərlə və iştirakçıların 5 il ərzində təxmin edilən ölüm ehtimalını hesablayan xüsusi alqoritmlə birləşdirildi.

Alqoritm insanın gündəlik fəaliyyəti, eləcə də yeriş intensivliyi haqqında məlumat toplayaraq xüsusi məlumatlara çatdı.Tədqiqatda iştirak edən orta yaşlı və yaşlı insanların təxminən iki faizi sonrakı illərdə öldü.Tədqiqatçılar bunun insanların təxminən 48 faizinin smartfona sahib olduğu Sub-Sahara Afrikası kimi daha kasıb ölkələrdə belə faydalı ola biləcəyini irəli sürdülər.Araşdırma konkret məlumatlara əsaslanan iddia kimi elm aləmində öz yerini tutsa da, maraqlı bir texnoloji çağa işarə edə bilər.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin