Komaya düşən Anatoli Karpovdan yeni xəbər var

19:57 - 1 Noyabr 2022

Komaya düşən Anatoli Karpovdan yeni xəbər var

Oktyabrın 29-da ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən və koma vəziyyətinə şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpovun vəziyyəti xeyli yaxşılaşıb.

 

Manset.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Natalya Bulanova məlumat verib.

N. Bulanova vurğulayıb ki, 71 yaşlı qrossmeyster hər hansı halsızlıq əlamətləri hiss etmir və evə buraxılmağa hazırdır:

“Həkimlər deyirlər ki, hələ tezdir, bir qədər də uzanıb dincəlməlidir. Yəqin ki, həftənin sonuna kimi evə buraxılacaq”. 

Xatırladaq ki, 71 yaşlı şahmatçı oktyabrın 29-da Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılıb. Xəstəxanaya gətirilərkən alkoqolun güclü təsiri altında olan qrosmeysterə qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Travmaları ağır olduğundan Karpov süni koma vəziyyətinə salınıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin