Voleybol turnirinin qalibləri mükafatlandırıldı - FOTOLAR

12:30 - 6 Dekabr 2022

Voleybol turnirinin qalibləri mükafatlandırıldı - FOTOLAR

Azərbaycan Voleybol Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə ali təhsil ocağının ümumi və ixtisas kurslarının oğlan və qız tələbələri arasında keçirilən və 8 noyabr – Zəfər Gününə həsr edilən voleybol turnirinin qaliblərinin mükafatlandırma mərasimi olub.

 

Manset.az xəbər verir ki, tədbirdə AVF-nin baş katibi Fərid Xəlilov, ADBTİA-nın İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov, Elmi katib Bəxtiyar Rüstəmov və İdman Oyun Növləri kafedrasının müəllimləri iştirak ediblər.

Yarışın nəticəsinə əsasən 1-2-ci yerləri tutmuş oğlan və qızlardan ibarət komandalar AVF tərəfindən pul mükafatı, ADBTİA tərəfindən diplomla təltif ediliblər.



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin