Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçirildi

22:02 - 17 Fevral 2023

Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçirildi

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası çərçivəsində Azərbaycan-Macarıstan biznes forumu keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Manset.az-a verilən məlumata görə, biznes forumda 26-sı Azərbaycan, 61-i Macarıstan tərəfindən olmaqla 87 şirkət iştirak edib.

Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto biznes forumun bağlanış tədbirində çıxış ediblər.

Azərbaycan və Macarıstanın dövlət başçılarının səyləri, imzaladıqları mühüm sənədlər nəticəsində iki ölkənin əməkdaşlıq gündəliyinin daim genişləndiyi vurğulanıb. İki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin də Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətində əsas hədəflərdən olduğu qeyd edilib. Bakıda və Budapeştdə təşkil olunan biznes forumların da bu məqsədə xidmət etdiyi bildirilib.

Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işlərinə macar iş adamlarının da qoşulmaq üçün maraq göstərmələrinin məmnunluq doğurduğu, ümumilikdə həmin quruculuq işlərində dost ölkələrin iştirakının prioritet əhəmiyyət kəsb etdiyi bildirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev Azərbaycanda sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin