Ceyhun Bayramov zəlzələdən sonra Çavuşoğluya zəng etdi - YENİLƏNİB

23:30 - 20 Fevral 2023

Ceyhun Bayramov zəlzələdən sonra Çavuşoğluya zəng etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Bu barədə Manset.az Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə aparılıb.

 Nazir Ceyhun Bayramov, Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb. Bu gün Hatayda baş vermiş iki güclü zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb.

 Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib. O, Hatayda baş vermiş sonuncu zəlzələlərin yalnız əvvəl ciddi və orta səviyyədə zədə almış binalara zərər verdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***22:55

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

 Qeyd olunub ki, nazir Ceyhun Bayramov Hatayda baş vermiş zəlzələ ilə bağlı həmkarına zəng edib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin