Azərbaycan - NATO əməkdaşlığı müzakirə olundu

13:36 - 21 Aprel 2023

Azərbaycan - NATO əməkdaşlığı müzakirə olundu

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO Baş katibinin qadınlar, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi İren Fellin ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə C.Hüseynzadə tviterdə məlumat verib.

“Görüşdə NATO ilə Azərbaycan arasında tərəfdaşlığı, WPS (Qadınlar, Sülh və Təhlükəsizlik) mövzusu ilə bağlı gündəmdə olan məsələləri, həmçinin bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik”, - paylaşımda qeyd edilib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin