Fransa Qolodomoru soyqırımı kimi tanıdı

22:57 - 17 May 2023

Fransa Qolodomoru soyqırımı kimi tanıdı

Fransa Senatı (parlamentin yuxarı palatası) Qolodomor hadisələrini ukraynalıların soyqırımı kimi tanınmasını dəstəkləyib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb .

"Fransa Senatı indicə 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdı. Mən ədaləti bərpa edən və milyonlarla qurbanın xatirəsini ehtiramla yad edən bu tarixi səsverməyə görə fransız senatorlarına minnətdaram", - Kuleba bildirib.

O qeyd edib ki, belə cinayətlər heç vaxt təkrarlanmamalı və heç vaxt unudulmamalıdır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin