Bakıda 35 yaşlı kişi bıçaqlanaraq öldürüldü

09:12 - 6 Avqust 2023

Bakıda 35 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Avqustun 6-da saat 06 radələrində paytaxtın Xətai rayonunun Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Dimitri Potapovun kəsilmiş-deşilmiş alması və həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan Manset.az-a verilən xəbərə görə, araşdırma zamanı hadisənin 1993-cü il təvəllüdlü Ülvi Muradzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanaraq istintaq aparılır. Ülvi Muradzadə iş üzrə şübhəli şəxs qismində tutulub.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin