“Whatsapp”la bağlı yaranan kütləvi problemin səbəbi: Bu yolla oğurlanır - VİDEO

15:15 - 25 Avqust 2023

“Whatsapp”la bağlı yaranan kütləvi problemin səbəbi: Bu yolla oğurlanır - VİDEO

Son zamanlar "Whatsapp” mobil tətbiqindən istifadə edən vətəndaşlar tez-tez problemlə üzləşir. Bəzilərinin hesabları bağlanır, bəziləri isə hesablarının ələ keçirilməsindən narahatdır.

 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib. Problemin əsas səbəbi məlum olub.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə atv-yə bildirib ki, yaranan problemə səbəb göndərilən birdəfəlik şifrələrin beynəlxalq sms daşıyıcıları səviyyəsində oğurlanmasından qaynaqlanır.

Bu səbəbdən vətəndaşlardan xahiş edilir ki, social şəbəkə hesablarını iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.

Ətraflı videomaterialda izləyə bilərsiniz:


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin