Millət vəkili Musa Uruda qarşı böhtan və saxtakarlıq

15:41 - 25 Avqust 2023

Millət vəkili Musa Uruda qarşı böhtan və saxtakarlıq

Hörmətli dostlar və dostluğumda olmayanan FB istifadəçiləri!

Hansısa yaramaz şəxs, yaxud qrup tərəfindən mənim adımdan saxta profil yaradılaraq qeyri-qanuni saxta proqramın reklamını yaymışlar. Guya ki, mən İTV də aparıcı Nigar Sabirqızı ilə müsahibə zamanı hansısa kriptovalyuta tətbiqini təbliğ edən Quantum Aİ platforması üzərindən asan pul qazanma imkanlarını reklam etmişəm. Bundan qəzəblənən Mərkəzi Bank isə məni məhkəməyə vermişdir.

O qədər səviyyəsiz və gülünc bir saxtakrlıqdır ki, buna, əlbəttə, fikir verməmək də olardı.

Amma bizi tanıyan, sözümüzə inanan sadə insanların bəzilərinin bu reklam tələsinə düşə biləcəyi ehtimalını nzərə alaraq bu məlumatı paylaşmağı gərəkli hesab edirəm. Bir daha bildirirəm ki, saxta profildə yerləşdirilən bu yazı başdan-başa qondarma bir iftiradır. Mən iqtisadçı deyiləm, bank sektorunun fəaliyyəti ilə bağlı uzaqdan-yaxından bir əlaqəm yoxdur, İTV-də bu mövzuda belə bir müsahibə olmamışdır. Mətnin təhlili göstərir ki, yazı qeyri-azərbaycanlı tərəfindən hazırlanmışdır və çox güman ki, ölkə xaricindəki qrup tərəfindən saxta proqramla paylaşılmışdır.

Görünür bizim mətbuatda, o cümlədən, elektron KİV-lərdə ermənilərə qarşı apardığımız ardıcıl savaş xaricdə və təəssüf ki, həm də daxildə olan erməniləri və erməni dəyirmanında haram və çirkli dənini üyüdən nadürüstləri narahat etmişdir. Bizə qarşı şantajiın bu formasından istifadə etmişlər.

Digər tərəfdən son günlər FB və digər sosial platformalarda ölkənin tanınmış simalarına yönəlmiş böhtan kmpaniyası da bizi narahat edir və bu kampaniyanın haradan və kimlər tərəfindən qaynaqlandığını da bilməmiz gərəkdir.

Bu məqsədlə həmin saxta profillə bağlı ölkəmizin müvafiq hüqüq müfafizə orqanlarına rəsmi müraciət etmişəm. Araşdırma aparılır və nəticəsi barədə məlumat olan kimi burada paylaşacağam.

Musa Quliyev

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin