Dağlıq ərazidə yanğın oldu - VİDEO

17:52 - 25 Avqust 2023

Dağlıq ərazidə yanğın oldu - VİDEO

Şamaxı rayonu, Kərkənc kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

 

Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 3 ha sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin