Düşmən Ağdam istiqamətində görün nə etmək istədi

08:48 - 11 Sentyabr 2023

Düşmən Ağdam istiqamətində görün nə etmək istədi

Sentyabrın 11-i saat 01:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin