Azərbaycanlı iş adamının oğlunun toyuna ulduzlar axın etdi - VİDEO/FOTO

12:46 - 12 Sentyabr 2023

Azərbaycanlı iş adamının oğlunun toyuna ulduzlar axın etdi - VİDEO/FOTO

Ötən axşam Moskvada əslən Şəmkirdən olan azərbaycanlı iş adamının oğlunun dəbdəbəli toyuna məşhur ulduzlar axın edib. 

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, sözügedən məclisə Əməkdar artist Ədalət Şükürov, türkiyəli müğənnilər Ziynət Sali, Adil Karaca, Azərbaycan əsilli rusiyalı ifaçılar "Jony” (Cahid Hüseynli), "Bahh Tee” (Bəxtiyar Əliyev), "HammALİ & Navai” (Aleksandr Əliyev və Nəvai Bəkirov) çıxış ediblər. 

Diqqət çəkən məqam isə sözügedən gecədə Ədalətin səhnədə ifası zamanı Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovun qol qaldırıb rəqs etməsi olub. 

Şükürov məclisdə səhnə alan bir sıra həmkarları ilə bir araya gələrək, xatirə "selfi”lər çəkdirib. Həmin şəkilləri isə Əməkdar artist sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin