Braziliya millisi antirekorda imza atdı

18:58 - 22 Noyabr 2023

Braziliya millisi antirekorda imza atdı

Futbol üzrə Braziliya millisi antirekorda imza atıb.

 

Manset.az  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 0:1 hesabı ilə uduzan "sambaçılar" cari ildə 5-ci məğlubiyyətlə üzləşiblər.

Beşqat dünya çempionları 9 oyunun 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Braziliya millisi tarixdə ilk dəfə bir ildə keçirdiyi matçların yarısından çoxunda (56 faiz) yenilib.

Onların əvvəlki ən pis göstəriciləri 1963 (18 görüşün 8-də məğlubiyyət - 44 faiz) və 2001-ci ildə (20 matçın 8-də məğlubiyyət - 40 faiz) qeydə alınıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin