Azərbaycanlı hakim “Bayern”in oyununa təyinat aldı

20:48 - 22 Noyabr 2023

Azərbaycanlı hakim “Bayern”in oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

 

Manset.az xəbər verir ki, o, Almaniyada "Bayern" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.

Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.

Qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin