Naxçıvan Ali Məclisinin adının dəyişdirilməsi təklif edildi

12:49 - 5 Dekabr 2023

Naxçıvan Ali Məclisinin adının dəyişdirilməsi təklif edildi

“Xalqımız doğrudan da dövlət idarəetməsində islahatların aparılmasının zəruriliyni qeyd edir”.

 

Manset.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, azad edilən ərazilərdə yaradılan iqtisadi rayonların bazasında 15 yeni region yaradılmalıdır:

“Həmin regionların da məclisləri olsun. Həmçinin Naxçıvan Muxtar Respublikasının indiki Ali Məclisi də məclis adlandırılsın. Bu məclis də birbaşa xalq tərəfindən seçilsin. Məclisin və regionların rəhbərləri də məhz bu məclislərdə seçilsinlər. Bu halda insanların dövlət idarəetməsinə yaxınlaşması və əlçatanlığı ola bilər”. //Qafqazinfo


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin