İlham Əliyev mühüm SƏRƏNCAM imzaladı

13:14 - 5 Dekabr 2023

İlham Əliyev mühüm SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev dekabrın 5-də Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, sərəncamla qırx bir kilometr uzunluğu olan Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin altı milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin