"TikTok-da pul yığacağam" - Naibə Allahverdiyeva

17:16 - 24 Yanvar 2024

"İnsanlar mənə deyir ki, sizin yeni rollarınızı görmək istəyirik. Deyirəm, gəlin teatra, orada obrazlarım var. Rejissorlar mənə rol verməlidirlər".

 

Manset.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "10-da görüşək" proqramında deyib. Aktrisa rejissorların onu filmə çəkməməsindən şikayətlənib:

"Sponsor qapısına getməyi sevmirəm, etməmişəm də. Heç Mədəniyyət Nazirliyinin qapısı haradan açılır bilmirəm. Bu yaxınlarda yolum ora düşmüşdü, fırlanıb qapını güclə tapdım. Məndə çəkingənlik var. Sponsor lazımdır filmə çəkilməyə. TikTok-da məni sevənlər çoxdur, yazırlar yeni filmlərə çəkil. Düşünürəm ki, TikTok-da insanlara müraciət edim, hesab açıb pul yığım. Deyim ki, ikibölümlü film çəkmək istəyirəm. Yaxşı ssenarilərim var. Hesaba pul yığılsın, mən də fil  çəkim".


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin