Azərbaycanlı məşhur müğənni lüks "Range Rover"ni bu qiymətə satır - FOTO/VİDEO

12:32 - 25 Yanvar 2024

Azərbaycanlı məşhur müğənni lüks

Müğənni Əlikram Bayramov bahalı avtomobilini satışa çıxarıb.

 

Manset.az xəbər verir ki, sənətçi "Range Rover" markalı maşınını 40 000 dollara (təxminən 68 000 AZN) təklif edir.

Bu barədə ifaçı "7 tamam" verilişinə qonaq olan zaman bildirib. Bayramov qeyd edib ki, avtomobili satdıqdan sonra yenisi ilə əvəz edəcək.

Müğənni bu maşını oğlu Qalib universitetə daxil olanda ona hədiyyə edib.

Avtomobil 2012-ci il istehsalıdır. Efir zamanı maşına alıcı çıxıb. İfaçının oğlu Qalib avtomobili ona 38 000 dollara (təxminən 64 600 AZN) satmağa razı olub. Alıcı isə ondan qiyməti biraz da endirməsini istəyib. 

Ətraflı videoda:


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin