"Ağlı olan konsert verər?"

08:20 - 6 Fevral 2024

Əməkdar artist Fərqanə Qasımova solo konsertlərindən danışıb.

 

Manset.az  axşam.az-a istinadən bildirir ki, "10-da görüşək" proqramına qonaq olan muğam ifaçısı bunun böyük məsuliyyət olduğunu deyib:

"Konsert vermək o qədər məsuliyyətli bir işdir. Bu gün verilişə gələndə avtomobildə konsertimdən olan hissələrə baxıb, qulaq asırdım. Konsertdə keçirdiyim həyəcanı avtomobildə yenidən yaşadım. Özüm-özümə dedim ki, ağlı olan konsert verər? Bu nə çətin bir işdir? Konsertdən bir ay əvvəl və bir ay sonra insan özünə gələ bilmir. Yuxu qaçır, hal gedir".


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin