Azərbaycan efirində İLK: Prezident efirə bağlandı - VİDEO

14:40 - 08 May 2025

Azərbaycan efirində İLK: Prezident efirə bağlandı - VİDEO

Azərbaycan televiziya tarixində bir ilkə imza atılıb. 


Manset.az-ın məlumatına görə, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilk dəfə olaraq Azərbaycan telekanalının — ARB24-ün canlı efirinə qatılıb. Canlı yayım zamanı Prezident Tatar mühüm siyasi və diplomatik məqamlara toxunub. O, Türkiyədə keçirilən tədbirlərdə iştirakından və orada yaşanan yüksək səviyyəli görüşlərdən danışıb:

“Türkiyədə çox gözəl günlər yaşadıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bizlərlə birlikdə idi. Açılışı baş tutan binalar — məscidlər, Prezident iqamətgahı, Cümhuriyyət Məclisi, Milli Park — bütün bunlar Şimali Kipr Türk Cümhuriyyətinin azadlıq və suverenlik yolundakı mübarizəsinin simvoludur. Bu layihələr həm Cümhuriyyət Rəyasət Heyəti, həm də Assambleya və Kiprdəki xalq tərəfindən müsbət qarşılandı. Ərdoğanın verdiyi mesajlar isə xüsusilə önəmlidir”.

Prezident Tatar qeyd edib ki, bu layihələr Şimali Kiprin beynəlxalq aləmdə tanınması və Kipr türklərinin haqlarının qorunması baxımından ciddi əhəmiyyət daşıyır.

ARB24-ün efirində səsləndirilən bu fikirlər Azərbaycan ictimaiyyətində də maraqla qarşılanıb.

Həmin müsahibəni təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv