Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

20:22 - 06 Avqust 2022

Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanın Londondakı səfirliyinə qarşı törədilmiş təxribatla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in “Aktual.ge” xəbər portalına açıqlamasında bildirilib. Qeyd olunub ki, İlia Darçiaşvili söhbət zamanı ölkəsinin Azərbaycana tam dəstəyini vurğulayıb.

"Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla danışıb və avqustun 4-də baş vermiş hadisəyə görə tam dəstək və həmrəylik ifadə edib",- deyə məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az