BQXK-nın avtomobilləri Xankəndiyə qayıtdı

21:00 - 21 Fevral 2023

BQXK-nın avtomobilləri Xankəndiyə qayıtdı

Laçın-Xankəndi yolunda dinc aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçməklə Laçın istiqamətində gedən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər geri qayıdıb. 

 

Manset.az xəbər verir ki, BQXK-ya aid 6-sı minik, 1-i isə yük avtomobili olmaqla 7 avtomobil bu dəqiqələrdə Xankəndiyə keçib. 

Ekofəallar həmişəki kimi, bu gün də ərazidən humanitar məqsədlər üçün istifadəyə mütəmadi şərait yaradıblar. 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır. Bu gün hazırkı vaxtadək aksiyanın təşkil olunduğu ərazidən 69 avtomobil keçib. 

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 72 gündür davam edir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az