Azərbaycanda yeni mədəniyyət idarələri yaradıldı - SİYAHI

16:07 - 23 Fevral 2023

Azərbaycanda yeni mədəniyyət idarələri yaradıldı - SİYAHI

Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılır:

Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;

Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;

Qarabağ Regional Mədəniyyət İdarəsi;

Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;

Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;

Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;

Mil–Muğan Regional Mədəniyyət İdarəsi;

Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;

Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az