Azərbaycan Türkiyə ərazisindən Avropaya 1000 meqavat elektrik enerjisi ixrac edəcək

14:00 - 27 Fevral 2023

Azərbaycan Türkiyə ərazisindən Avropaya 1000 meqavat elektrik enerjisi ixrac edəcək

"Cəbrayıl" Enerji Qovşaqğı Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək, yaradılan meqa layihələrin tələbatını qarşılayacaq.

 

Manset.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ Regional Electrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov bildirib.

Onun sözlərinə görə, bu elektrik qovşağı Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları ordan isə Türkiyə enerjisistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edəcək: *Həmçinin bu qovşaq ixrac imkanlarını artıracaq. Uzun illərdən sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi enerjisisteminə qoşulacaq".

M.Hüseynov qeyd edib ki, "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarında, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerjisisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir".

O vurğulayıb ki, gələcəkdə Türkiyəyə, oradan da Avropaya illik 1 000 meqavat elektrik enerjisi ixrac ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az