Kamran Əliyev özünə yeni köməkçilər təyin etdi

12:56 - 28 Fevral 2023

Kamran Əliyev özünə yeni köməkçilər təyin etdi

Baş Prokuror Kamran Əliyev özünə yeni köməkçilər təyin edib.

 

Manset.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Kamran Əliyevin əmrinə əsasən Vüsal Əliyev Baş prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib. O, yeni təyinata qədər Baş prokurorun xüsusi tapşırılar üzrə köməkçisi vəzifəsində çalışıb.

Həmçinin baş prokurorun digər əmri ilə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az