Azərbaycanda Vyetnam adı çəkiləndə ilk yada düşən məkanlardan biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir. Bunun səbəbi isə hazırda Vyetnamda yüksək vəzifədə çalışan bəzi məmurların təhsil almaq üçün məhz Azərbaycanın bu universitetini seçməsidir.
Bəs bu iki ölkəni birləşdirən tarixi bağlar nədən ibarətdir? Vyetnamın Azərbaycanla, xüsusilə də, ADNSU ilə əlaqələrinin kökündə hansı hadisələr dayanır?
Manset.az xəbər verir ki, Sorğu.tv bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub, universitetin tarixi, Vyetnamla əməkdaşlıq əlaqələri və bu münasibətlərin formalaşmasında ali təhsil müəssisəsinin rolu ilə bağlı reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik: