Unibank KB ASC maliyyə savadlılığı layihəsi çərçivəsində məktəblilər üçün növbəti təlim keçirib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə baş tutan tədbirdə 7–8-ci siniflərdə təhsil alan 30 şagirdi iştirak edib.
Manset.az xəbər verir ki, təlimin məqsədi uşaqlara pulu idarə etmək, maliyyə ilə düzgün
davranmaq və gündəlik həyatda doğru maliyyə qərarları vermək üçün ilkin bilik
və vərdişlər aşılamaq olub. Şagirdlər pul, əmanət, kredit, xərclərin
planlaşdırılması və qənaət haqqında məlumat alıblar. Onlar gəliri necə bölmək,
ehtiyacı istəkdən ayırmaq, xərclərə nəzarət etmək və yığım vərdişi qazanmaq
mövzularında praktik nümunələr üzərində işləyiblər.
Mövzuların asan mənimsənilməsi üçün təlim oyun formatında
qurulub. Şagirdlər interaktiv tapşırıqlar vasitəsilə büdcə bölgüsü, qənaət və
maliyyə seçimi ilə bağlı situasiyaları həll edərək öyrəndiklərini dərhal tətbiq
ediblər. Uşaqlara həmçinin yığımın və əmanətin əhəmiyyəti, gələcək üçün maliyyə
planlamasının faydaları izah olunub.
Təlim çərçivəsində şagirdlər “Unibank”ın
filialına ekskursiya ediblər. Burada onlar bankın gündəlik işi ilə yaxından
tanış olub, müxtəlif bank prosesləri haqqında məlumat alıblar.
Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim
olunub.
Maliyyə savadlılığının erkən yaşdan formalaşması gələcəkdə daha
düzgün maliyyə qərarlarının əsasını qoyur. Unibank bu yanaşmanı əsas götürərək
maarifləndirici təşəbbüslərini davam etdirir.
Unibank
– Sənin bankın!