logo
logo logo
logo

Cəbrayılda əraziyə 10 baş ceyran buraxıldı 

17:07 - 27 Noyabr 2026

Cəbrayılda əraziyə 10 baş ceyran buraxıldı 

Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb.


Manset.az xəbər verir ki, bu barədə report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib:

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulmuş fauna növlərinin bərpası və reintroduksiyası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb".

Xidmət rəisi qeyd edib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə 50 baş ceyran buraxılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az